“Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib

qarabag-11-ilden-sonra-ardicil-uc-oyunda-hec-hece-edib
Oxunma sayı: 281

“Qarabağ” 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Belə ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan 11 qat ölkə çempionu 2015/2016 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib.

Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib.