Trampa İranda 50 hərbi hədəfin siyahısı təqdim edildi

trampa-iranda-50-herbi-hedefin-siyahisi-teqdim-edildi
Oxunma sayı: 1128

ABŞ-də fəaliyyət göstərən “Nüvə İranına Qarşı Birlik” (UANI) təşkilatı Prezident Donald Tramp administrasiyasına İran ərazisində vurulması nəzərdə tutulan 50 strateji hərbi hədəfin siyahısını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırlanan xüsusi sənəddə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus komanda məntəqələrinin dəqiq koordinatları əks olunub. Hədəf siyahısında Tehranın müxtəlif inzibati rayonlarında yerləşən 23 hərbi baza xüsusi qeyd edilib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın kəskin dəyər itirməsi və hiperinflyasiya səbəbindən başlayıb.