Tramp Delsi Rodrigezlə telefonla danışdı

tramp-delsi-rodrigezle-telefonla-danisdi
Oxunma sayı: 3

ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı “Truth” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu səhər Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigeslə çox yaxşı telefon danışığım oldu. Venesuelaya sabitləşmək və bərpa olunmaqda kömək etdiyimiz üçün böyük irəliləyiş əldə edirik.

Söhbət zamanı bir çox mövzu, o cümlədən, neft, faydalı qazıntılar, ticarət və əlbəttə ki, milli təhlükəsizlik məsələləri müzakirə edildi. ABŞ ilə Venesuela arasında bu tərəfdaşlıq hamının xeyrinə möhtəşəm olacaq. Venesuela tezliklə yenidən, bəlkə də, heç vaxt olmadığı qədər böyük və firavan bir ölkəyə çevriləcək”, - o bildirib.