Tarixdə ilk trilyonçu ola bilər

tarixde-ilk-trilyoncu-ola-biler
Oxunma sayı: 2

“SpaceX” tarixdə ən böyük ilkin kütləvi səhm təklifi (IPO) üçün hazırlıqlara başlayıb. Şirkətin planlaşdırdığı 75 milyard dollarlıq IPO uğurla baş tutarsa, “SpaceX”in dəyəri 1,7 trilyon dolları keçə və təsisçisi İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşa bilər.

“Qafqazinfo” xəbər verir ki, “SpaceX” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) IPO ilə bağlı sənədlər təqdim edib.

Şirkət səhm başına 135 dollar qiymətlə təxminən 555 milyon səhm satışa çıxarmağı və bu yolla 75 milyard dollar vəsait toplamağı hədəfləyir.

Plan gerçəkləşərsə, bu, 2019-cu ildə həyata keçirilən və 29,4 milyard dollar həcmində olan “Saudi Aramco” IPO-sunu geridə qoyaraq tarixdə ən böyük IPO kimi qeydə alınacaq.

IPO-dan sonra “SpaceX”in bazar dəyəri təxminən 1,77 trilyon dollara yüksələ bilər. Şirkətin əsas səhmdarı olan İlon Maskın payının dəyəri isə yüz milyardlarla dollar artacaq.

Bildirilir ki, Maskın “SpaceX” və “Tesla”dakı paylarının ümumi dəyəri 1 trilyon dolları keçərsə, o, tarixdə ilk trilyonçu statusunu qazanan şəxs olacaq.