Tailandın şimal-şərqində hərəkətdə olan sərnişin qatarının üzərinə nəhəng tikinti kranının aşması nəticəsində azı 32 nəfər həlak olub, 66 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxt Banqkokdan 230 kilometr məsafədə qeydə alınıb.
Məlumata görə, Banqkok-Ubon Ratçatani marşrutu ilə hərəkət edən qatar yüksəksürətli dəmiryolu xəttinin inşasında istifadə olunan kranın vaqonların üzərinə düşməsi nəticəsində relsdən çıxıb.
İlkin məlumatlara görə, kran beton plitəni qaldırarkən tarazlığını itirərək birbaşa sərnişinlərin olduğu vaqonların üzərinə aşıb. Zərbənin təsirindən vaqonlardan biri iki hissəyə bölünüb, digərində isə güclü yanğın başlayıb. Hadisə anında qatarda 171 nəfər sərnişinin olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər