Bakıda qətl hadisəsi baş verib.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə, ər-arvad hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər