Səfirlər görüşüb “Erik dalı” oynadılar - Video

sefirler-gorusub-erik-dali-oynadilar
Oxunma sayı: 444

Ankarada sosial mediada başlayan əyləncəli çağırış diplomatik səhnədə rəngarəng görüntülərlə yadda qalıb. Fransa və Belçikanın Türkiyədəki səfirləri arasında gözlənilən “Erik dalı” rəqs dueli baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Fransanın Ankaradakı səfiri İzabel Dümon və Belçika səfiri Hendrik Van de Velde Fransanın Milli Günü münasibətilə keçirilən qəbulda birlikdə səhnəyə çıxaraq, Ankara xalq rəqsi “Erik dalı”nı ifa ediblər.

Bu qeyri-adi görüşün başlanğıcı isə bir neçə həftə əvvələ gedib çıxır. Belçikanın Ankaradakı səfiri Hendrik Van de Velde may ayında keçirilən tədbirdə “Erik dalı” rəqsini nümayiş etdirərək, sosial şəbəkələrdə böyük maraq yaratmışdı.

Bundan sonra Fransa səfirliyi sosial media hesabında zarafatla Van de Veldeni 14 iyul qəbulunda Fransa səfiri İzabel Dümonla rəqs etməyə dəvət edib. Dümon isə çağırışa “Əziz dostum, hazıram” cavabını verib.

Nəhayət, gözlənilən “duel” baş tutub. Məşhur sənətçi Ömər Faruk Bostanın ifası zamanı iki diplomat səhnəyə çıxaraq “Erik dalı”nın ritmləri altında rəqs ediblər.

Səfirlərin bir-birinin hərəkətlərinə uyğunlaşaraq rəqs etməsi qonaqların böyük marağına səbəb olub.