Masallının Sərçuvar kəndi ərazisində yük avtomobilinin qoşqu hissəsindəki təkəri yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Renault” markalı yük avtomobilinin qoşqu hissəsindəki təkərdə baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin qoşqu hissəsində bir ədəd təkər yanıb. Avtomobil və qoşqu yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər