Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaqlar

qrenlandiya-ile-bagli-isci-qrupu-yaradacaqlar
Oxunma sayı: 368

“Danimarka və Birləşmiş Ştatlar Qrenlandiya ətrafında yaranmış gərginliyi aradan qaldırmaq və tərəflər arasında ortaq məxrəc tapmaq məqsədilə yüksək səviyyəli birgə işçi qrupunun yaradılması barədə qərar qəbul ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən kritik görüşlərin yekununda bəyanat yayıb.

Nazir qeyd edib ki, yaradılan qrup ABŞ-nin təhlükəsizlik qayğılarını müzakirə etməklə yanaşı, Danimarka Krallığının suverenliyini ifadə edən “qırmızı xətlər”ə hörmət edilməsi prinsiplərinə fokuslanacaq.

Xatırladaq ki, bu gün Ağ Evdə baş tutan görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio danimarkalı həmkarı Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldti qəbul ediblər.