Qətərdə 4 günlük matəm elan edildi

qeterde-4-gunluk-matem-elan-edildi
Oxunma sayı: 1731

Qətər Əmirinin Dəftərxanası keçmiş dövlət başçısı şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə dörd günlük ümummilli matəm elan edib.

“Qafqazinfo” xəbər verir ki, matəm iyulun 12-dən etibarən qüvvəyə minib.

Dörd gün ərzində Qətərin bütün ərazisində dövlət bayraqları yarıyadək endiriləcək.

Bundan əlavə, iyulun 13-dən etibarən ölkədəki nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-dan etibarən yenidən öz vəzifələrinin icrasına qayıdacaqlar.