“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunla bağlı danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, “Qarabağ”ın yaxşı oynadığını etiraf edib:
“Oyunumuz qətiyyən yetərli deyildi. Kifayət qədər yaxşı oynamadıq. Bəzi məqamlarda düzgün oynadıq, hesabda önə keçdik. Amma dərhal qol buraxdıq ki, bu da qəbuledilməzdir. “Qarabağ”ı təbrik edirəm. Onlar vəziyyəti çox yaxşı idarə etdilər. Səhvlərimizdən maksimum yararlandılar. Ciddi səhvlər etdiyimiz anlarda bizi düzgün cəzalandırdılar”.
Son xəbərlər
Son Xəbərlər