Ötən gecə 18 gəmini vurublar

oten-gece-18-gemini-vurublar
Oxunma sayı: 95

Ukrayna ordusu iyulun 10-na keçən gecə Rusiyanın bir neçə neft obyektinə zərbə endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın “İlski” neft emalı zavodunda, “NOVATEK-Ust-Luqa” neft emalı kompleksində, “Kurqanneftprodukt” neft terminalında və “Azovneftprodukt” neft bazasında yanğın baş verib.

Bildirilib ki, “İlski” zavodu Rusiyanın cənubunda yerləşən ən böyük neft emalı müəssisələrindən biridir və burada istehsal olunan yanacaq hərbi məqsədlər üçün də istifadə olunur.

Ukrayna tərəfi həmçinin Rusiyaya məxsus 13 tanker, 3 yük gəmisi, 1 bərə və 1 köməkçi gəminin də vurulduğunu açıqlayıb.

Ümumilikdə 18 gəminin hücuma məruz qaldığı bildirilib.