Onlarla iranlı Türkiyəyə keçir - Fotolar

onlarla-iranli-turkiyeye-kecir
Oxunma sayı: 640

İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, iranlı ailələr Van vilayətindəki Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyəyə daxil olub.

Hazırda Kapıköy sərhəd məntəqəsindən keçən iranlılar mediaya danışmaqdan ehtiyat edirlər. Onlar İrana geri döndükləri zaman yarana biləcək təhlükələrdən qorxduqlarını bildirirlər. Türkiyənin təhlükəsizlik rəsmiləri isə sərhəddə vəziyyətin hələlik fövqəladə olmadığını, lakin hər hansı kütləvi qaçqın axınına qarşı bütün inkişafların yaxından izlənildiyini qeyd ediblər.

Xatırladaq ki, insan haqları qruplarının son hesabatına görə, dekabrın 28-dən başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı artıq 2600 nəfərə çatıb, minlərlə insan isə həbs edilib.