ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq istəyi ətrafında yaranan gərginlik fonunda sosial şəbəkələrdə qeyri-adi bir təklif gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, bir “X” istifadəçisinin Donald Trampın kiçik oğlu Barron Tramp ilə Danimarka şahzadəsi İzabellanın evləndirilməsi barədə paylaşdığı foto internetdə sürətlə yayılaraq milyonlarla baxış toplayıb.
Təklifə görə, 19 yaşlı Barronun 18 yaşlı şahzadə ilə nikahı qarşılığında Qrenlandiya Amerikaya “cehiz” kimi verilə bilər.
Xatırladaq ki, son aylarda Ağ Evin Qrenlandiyanı almaq niyyəti, hətta hərbi müdaxilə ehtimalı ilə bağlı səslənən bəyanatlar Kopenhagen və Vaşinqton arasında ciddi diplomatik böhrana səbəb olub.
Onu da bildirək ki, Şahzadə İzabella Danimarka Kralı Frederik və Kraliça Mariyanın böyük qızıdır və taxtın ikinci varisi hesab olunur.
Son xəbərlər
Son Xəbərlər