Millimiz Pakistan yığması ilə qarşılaşacaq

millimiz-pakistan-yigmasi-ile-qarsilasacaq
Oxunma sayı: 558

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq.

“Qafqazinfo” xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Pakistan yığması ilə üz-üzə gələcək. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma iyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:30-da start götürəcək.