Məşhur rusiyalı “Qarabağ”a görə həm təəccüblənib, həm sevinib

meshur-rusiyali-qarabaga-gore-hem-teeccublenib-hem-sevinib
Oxunma sayı: 1703

Tanınmış rusiyalı futbol mütəxəssisi Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki qələbəsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, 3:2 hesablı qalibiyyətə təəccübləndiyini bildirib.

“Qarabağ” - “Ayntraxt” matçının ilk hissəsini izlədim. “Qarabağ” ilk qolu vuranda sevindim. Sonra iki qol buraxdı və üzüldüm. Matçı izləməyi dayandırdım və ən yaxşı halda “Qarabağ”ın heç-heçə edəcəyini düşündüm.

Amma sonda hesabı bərabərləşdirib yenidən qol vurduqlarını görəndə həm təəccübləndim, həm də sevindim. “Qarabağ”da çoxlu əcnəbi oyunçu var, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına vəsiqə qazandığına, yaxşı oynadığına, qalib gəldiyinə görə sevinməlidir. Bu, əladır”.