Məşhur müğənni haqqında sözlərinə görə - Üzr istədi

meshur-mugenni-haqqinda-sozlerine-gore
Oxunma sayı: 1739

Avstraliyanın Baş naziri Entoni Albanezenin məşhur müğənni Kayli Minoq haqqında fikirləri qalmaqala səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hər şey Baş nazirin yumoristik “Bush Deep” podkastındakı çıxışından sonra baş verib.

Belə ki, podkastda aparıcı Albanezeyə məşhur oyunu oynamağı təklif edib. O, məşhur müğənni Kayli Minoq, həmçinin aktrisalar Nikol Kidman və Ronda Berçmorun adını çəkib və Baş nazirin onlardan hansı ilə “evlənmək” və “görüşə getmək” istəyəcəyini soruşub. Əvvəlcə Albaneze cəmi yarım il əvvəl evləndiyini xatırladaraq, cavab verməkdən yayınmağa çalışıb. Lakin aparıcının israrından sonra hər bir halda Kayli Minoqu seçəcəyini söyləyib. 

Baş nazirin bu sözləri Avstraliya mətbuatında və sosial şəbəkələrdə tənqidlərə səbəb olub. 

Nəticədə hökumət başçısının ofisi bəyanat yayaraq, Albanezenin bu sözlərə görə qeyd-şərtsiz üzr istədiyini açıqlayıb.