“Mariya mənə Nobel Sülh Mükafatını təqdim etdi” - Foto

mariya-mene-nobel-sulh-mukafatini-teqdim-etdi
Oxunma sayı: 2958

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşündən yazıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün Venesueladan olan Mariya Korina Maçado ilə görüşmək mənim üçün böyük şərəf idi. O, çox şeydən keçmiş gözəl bir qadındır. Mariya mənə gördüyüm işlərə görə Nobel Sülh Mükafatını təqdim etdi. Qarşılıqlı hörmətin belə gözəl bir jesti. Təşəkkür edirəm, Mariya!”, - o qeyd edib.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra qızıl medalını ona təqdim etdiyini açıqlayıb.

***

Ağ Ev təqdimetmədən fotonu sosial şəbəkə hesabında paylaşıb.