Mane gündəm olan hərəkətindən danışdı - “Hakim səhv edə bilər”

mane-gundem-olan-hereketinden-danisdi
Oxunma sayı: 1311

Seneqal yığmasının ulduzu Sadio Mane etdiyi hərəkətlə gündəmə gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün Afrika Millətlər Kubokunun finalında Mərakeşlə matçda hakimin qapılarına təyin etdiyi penaltiyə görə meydanı tərk edən komanda yoldaşlarını geri qaytarıb. 

Nəticədə Mərakeş 11 metrlik zərbədən yararlana bilməyib, Seneqal isə əlavə vaxtda qol vuraraq çempion olub. Mane həmin anları belə şərh edib: “Hakim səhv edə bilər, ona görə də onu mühakimə etmək ədalətli deyil. Ən əsası isə, mən bunu bütün dünya insanları üçün etdim, onlar oyuna baxmaq istəyirdilər”.

Sadio Manenin bu hərəkəti azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.