Bakıda 2 nəfər dəm qazından öldü - Yenilənib

bakida-2-nefer-dem-qazindan-oldu
Oxunma sayı: 1323

Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1960-cı il təvəllüdlü Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti dünən saat 13 radələrində yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. 1955-ci il təvəllüdlü Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi Kəndçi küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.