Kiyev raket və dronlarla vuruldu, 11 ölü - Video - Fotolar

kiyev-raket-ve-dronlarla-vuruldu-11-olu
Oxunma sayı: 1401

Rusiya Kiyevə raket və dronlarla kütləvi hücum həyata keçirib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın paytaxtında genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.

Kiyevin meri Vitali Kliçko hücumlar nəticəsində 11 nəfərin həlak olduğunu açıqlayıb. Yaralanmış 46 nəfərdən 27-si, o cümlədən üç uşaq xəstəxanaya yerləşdirilib.

Dağıntıların şəhərin dörd rayonunda qeydə alındığı bildirilir.

Rusiya tərəfi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinin vurulduğunu iddia etsə də, Kiyev çoxmərtəbəli yaşayış binasının hücuma məruz qaldığını açıqlayıb.