“Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” - Video

kabele-gore-hec-kimi-oldurmezler-ele-yeri-qalmamisdi-desilmesin
Oxunma sayı: 924

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə çox sayda bıçaq zərbəsi vurub. Nəticədə telefon və internet xətlərinin çəkilişi ilə məşğul olan 45 yaşlı Xaliq Bağırov hadisə yerində dünyasını dəyişib.

İki övladı olan Xaliq Bağırovun yaxınları hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirirlər. Ailə qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edir.

Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir. Qətlin dəqiq motivi, başvermə şəraiti, saxlanılan şəxsin hadisədəki rolu və ailənin irəli sürdüyü iddialar istintaqın yekununda müəyyənləşəcək.

Daha ətraflı “Xəzər TV”nin süjetində: