Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ümumi Yığıncaqda yeni nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.
Məlumata görə, ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.
ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri baş tutub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.
Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.








Son xəbərlər
Son Xəbərlər