İrandakı etirazlarda ölənlər və saxlanılanların sayı bilindi - Fotolar

irandaki-etirazlarda-olenler-ve-saxlanilanlarin-sayi-bilindi
Oxunma sayı: 3483

İranda iqtisadi problemlər fonunda başlayan etirazlarda ölənlərin sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, nümayişlər zamanı ölənlərin sayı 2615-ə yüksəlib, 2054 nəfər isə yaralanıb. Bundan əlavə, 18 470 nəfər saxlanılıb.

Qeyd edək ki, İran rəsmiləri etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı indiyədək rəsmi məlumat yaymayıb. HRANA bir gün əvvəl ölənlərin sayının 2550 olduğunu açıqlamışdı.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ağır iqtisadi vəziyyət səbəbindən başlayıb, daha sonra ölkənin bir çox şəhərinə yayılıb.