Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Araqçı arasında ikinci dəfə telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan telefon danışığı zamanı mövcud regional gərginliklərin aradan qaldırılması üçün danışıqlara ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəlki danışıqda nazirlər İranda davam edən genişmiqyaslı etiraz aksiyaları və regional təhlükəsizlik məsələləri barədə danışıblar.
Xatırladaq ki, türkiyəli nazir yanvarın 9-u “TRT Haber”ə verdiyi müsahibədə də İrandakı vəziyyətə toxunaraq, rəsmi Tehranın nümayişçilərlə ortaq məxrəcə gəlməsinin və region ölkələri ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər