FIFA 2026-cı il Dünya Çempionatının finalının keçiriləcəyi Nyu-Cersi stadionunun ot örtüyünün hissələrini satışa çıxaracaq.
“Qafqazinfo” xəbər verir ki, xüsusi qatranla örtülərək qorunacaq ot parçaları onlayn platforma vasitəsilə satışa təqdim ediləcək.
Məhsulların qiyməti 450 dollardan başlayacaq.
Ot örtüyü final qarşılaşmasından sonra alıcılara göndəriləcək və yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrində yaşayan şəxslər üçün əlçatan olacaq. Satışa çıxarılacaq digər paketlərin qiyməti isə 900, 1200 və 3000 dollar təşkil edəcək.
Bildirilib ki, dörd kateqoriyanın hər biri üzrə 2026 ədəd məhsul hazırlanacaq. Bütün məhsullar satılacağı təqdirdə, FIFA-nın 11,2 milyon dollardan çox gəlir əldə edəcəyi gözlənilir.
Ən bahalı – 3000 dollarlıq paketə stadionun ot örtüyü ilə yanaşı, qızıl örtüklü xatirə bileti, Dünya Çempionatının final topunun miniatür nüsxəsi və büllurdan hazırlanmış DÇ kuboku da daxil olacaq.
Son xəbərlər
Son Xəbərlər