“Etirazçılar onlarla bank, dövlət binası və məscidə ziyan vurublar”.
“Qafqazinfo” xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani deyib.
Onun sözlərinə görə, etirazçılar 26 banka, 10 dövlət binasına və 25 məscidə ziyan vurublar.
“Həmçinin ötən gecə 42 avtobus və təcili yardım maşını, 10 dövlət qurumu və 24 mənzil yandırılıb”, – deyə mer vurğulayıb.
Zəkani əlavə edib ki, 48 yanğınsöndürmə maşını da yandırılıb, hüquq-mühafizə orqanlarının postlarına hücum edilib.
Qeyd edək ki, İranda dekabrın 28-dən başlayaraq milli valyutanın devalvasiyası ilə əlaqədar etiraz aksiyaları keçirilir.
Son xəbərlər
Son Xəbərlər