Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanıldı

derslik-layihelerine-dair-ictimai-reyin-oyrenilmesine-baslanildi
Oxunma sayı: 536

Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Yaxın vaxtlarda bütün layihələrin platformada təqdim olunması başa çatdırılacaq. Maraqlı tərəflər sayt vasitəsilə müzakirəyə çıxarılmış dərslik komplektlərinin məzmunu ilə tanış ola, xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər. Eyni zamanda rəy və təkliflərin [email protected] elektron poçt ünvanına göndərilməsi mümkündür.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, ictimai birlikləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini bildirməyə dəvət edir.