Daha bir nəfər dəm qazının qurbanı oldu

daha-bir-nefer-dem-qazinin-qurbani-oldu
Oxunma sayı: 1050

Azərbaycanda daha bir nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Abşeron rayonu Yeni massiv adlanan ərazidə baş verib.

1981-ci il təvəllüdlü Elmidar Fikrət oğlu Usubov yaşadığı evdə qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu ilin yanvar ayında 20-yə yaxın şəxs dəm qazının qurbanı olub.