Çinin Guangxi Zhuang Muxtar Bölgəsində baş verən daşqınlar zooparkdan 100-dən çox heyvanı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pengpai” xəbər agentliyi məlumat yayıb.
Hadisə zoopark ərazisinin demək olar ki, tamamilə su altında qaldığı Guigang şəhərində baş verib.
Məlumata görə, sel suları bütün bitki yeyən heyvanları aparıb. Bu vaxt qəfəslərdə saxlanılan bəzi yırtıcılar, o cümlədən üç şir ölüb.
İlkin hesablamalara görə, daşqınlar müəssisəyə təxminən 4 milyon yuan (təxminən 590.000 dollar) ziyan vurub.
Son xəbərlər
Son Xəbərlər