Çimərliklərdə 24 dərəcə isti olacaq

cimerliklerde-24-derece-isti-olacaq
Oxunma sayı: 345

İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir:

“Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq”.