Cənubi Koreyanın eks-prezidentinə 5 il həbs verildi

cenubi-koreyanin-eks-prezidentine-5-il-hebs-verildi
Oxunma sayı: 265

Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yol həbsinə maneə törətmə işi üzrə 5 il müddətinə həbs cəzasına məhkum edilib. 

“Qafqazinfo” xəbər verir ki, məhkəmə iclası “Yonhap News TV” kanalında yayımlanıb.

Qeyd edək ki, 2025-ci il yanvarın 3-də Cənubi Koreya prezidentinin mühafizə xidməti hüquq-mühafizə orqanlarına Yun Sok Yolu Seuldakı iqamətgahında həbs etməyə imkan verməyib. Bunu yalnız 2025-ci il yanvarın 15-də ikinci cəhddən sonra etmək mümkün olub. Bu iş üzrə prokurorluq onun üçün 10 il azadlıqdan məhrumetmə cəzası tələb edib. 

Yun Sok Yol təqsirləndirilən şəxs qismində ümumilikdə səkkiz məhkəmə prosesində iştirak edir ki, bunlardan dördü 2024-cü il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etməsi ilə bağlıdır. Bu, birinci instansiya məhkəməsinin qərar çıxardığı ilk prosesdir. 

Daha əvvəl xüsusi istintaq qrupu məhkəməyə müraciət edərək Yun Sok Yolun ölüm hökmünə məhkum edilməsini tələb edib.