Bu sahələr üzrə də dinləmələr keçirilməsi təklif edildi

bu-saheler-uzre-de-dinlemeler-kecirilmesi-teklif-edildi
Oxunma sayı: 550

Parlamentdə regional dəhlizlərlə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Fariz İsmayılzadə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında danışıb.

“Azərbaycan Avrasiya regionunda önəmli dəhliz halqasına çevrilib. Hazırda Zəngəzur dəhlizi inkişaf edir, Gürcüstanla olan dəhlizlə bağlı müəyyən suallar var. Dəhlizlərlə əlaqədar geniş ictimai dinləməyə ehtiyac var. 

Bundan başqa, təklif edirəm ki, Azərbaycana sərmayələrin cəlb edilməsi ilə bağlı səfirliklərin iqtisadi diplomatiyasının gücləndirilməsi üçün ictimai dinləmə edək. Biz iqtisadi diplomatiya terminini gücləndirməliyik”, - deputat qeyd edib.

Nuranə Daxilqızı