“Norveçin Danimarka ilə birləşmək vaxtı gəlib çatıb”.
“Qafqazinfo” NRK telekanalına istinadən xəbər verir ki, bu fikri Norveçin Baş naziri Yonas Qar Störe ABŞ-nin Qrenlandiyaya iddiaları fonunda səsləndirib.
“İndi Danimarka ilə birləşmək vaxtıdır... Mette Frederiksenin (Danimarkanın Baş naziri - red.) mənə dediyi son söz bu oldu: “İndi hər şey ciddidir, Yonas”, - Störe deyib.
Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.
Son xəbərlər
Son Xəbərlər