“Bizdə bir sıra məhsullar var ki, böyük həcmdə istehsal olunur amma onu emal edəcək gücümüz hələ ki, yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “AzTV”yə müsahibə zamanı deyib.
O bildirib ki, bu istiqamətdə görüləcək xeyli işlər var.
“Buna nümunə olaraq pambığı misal çəkə bilərik. Azərbaycanda pambıq istehsalı ölkə tarixində məhsuldarlıq olaraq rekord qırıb. 1 hektardan 36.3 sentiner məhsul əldə edilib. 363 min tondan çox məhsul yığılıb. Son illərin tarixi məlumatları da göstərir ki, biz pambığın sadəcə 30 faizini ölkədə emal edib yekun məhsul səviyyəsinə çatdıra bilirik. 70 fazini isə xammal olaraq ixrac edirik. Hesablamalar göstərir ki, biz o 70 faizi də ölkədə saxlayıb onun emal olunmasına nail olduğumuz halda, bu, əlavə 1.3-1.5 milyard dəyərin ölkədə saxlanmasına xidmət edəcək”,- deyə nazir əlavə edib.
Son xəbərlər
Son Xəbərlər