Bu da “Real Madrid”in yeni forması - Fotolar

bu-da-real-madridin-yeni-formasi
Oxunma sayı: 132

“Real Madrid” klubu “Adidas” şirkəti ilə birgə 2026/2027 mövsümü üçün yeni ev formasını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi bəyanatında yeni və müasir dizaynın komandanın möhtəşəmliyini, ustalığını və qələbəyə olan sonsuz fədakarlığını əks etdirən qrafik elementlərlə zəngin olduğu bildirilir.

Formanın ənənəvi ağ rəngi bu dəfə qeyri-adi çalarlarla sintez edilib. Belə ki, formanın yaxa və qol hissələrində tünd yaşıl detallardan istifadə olunub. Çiyin hissəsində yer alan “Adidas”ın ənənəvi üç zolağı isə çəhrayı rəngdə dizayn edilib.

“Yüksək səviyyəli futbolçular üçün nəzərdə tutulmuş bu idman forması oyun zamanı maksimum havalandırmanı və bədən temperaturunun rahatlığını təmin edən ən son texnologiyalarla hazırlanıb”, – deyə “Kral klubu”nun rəsmi saytında qeyd olunub.