“Bizə Madurodan belə sorğu daxil olmayıb” - Hakan Fidan

bize-madurodan-bele-sorgu-daxil-olmayib
Oxunma sayı: 1019

Venesuelada hərbi əməliyyatdan əvvəl ABŞ Prezident Nikolas Maduroya dünyanın istənilən yerinə səyahət etmək imkanı təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə verdiyi müsahibədə bildirib.

“Bildiyimiz qədəri ilə, ABŞ Maduroya dünyanın istənilən yerinə səyahət etmək seçimini təklif edib. Əks halda, hərbi əməliyyat barədə xəbərdarlıq ediblər. Bizə nə Madurodan, nə də başqa bir ölkədən belə bir sorğu daxil olmayıb”, - o əlavə edib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi zamanı Prezident Nikolas Maduro və həyat yoldaşı tutulub.