Bir vəkil pozuntuya görə kollegiyadan xaric edildi

bir-vekil-pozuntuya-gore-kollegiyadan-xaric-edildi
Oxunma sayı: 394

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib.

Bundan əlavə 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.