Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı maşını aşırıb.
Qəzada nəticəsində avtomobildə olan 1996-ci il təvəllüdlü sərnişin Elnur Rüstəmov aldığı xəsarətlərdən vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sözügedən qəza ilə bağlı məlumat yayıb.
“Ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.
BDYPİ sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırır”, - məlumatda deyilir.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər