BANM dünyanın ən yaxşı 401- 600 universiteti arasında

banm-dunyanin-en-yaxsi-401-600-universiteti-arasinda
Oxunma sayı: 631

Bakı Ali Neft Məktəbi (BANM) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401-600 diapazonunda qərarlaşıb.

“Qafqazinfo” xəbər verir ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801-1000 diapazonunda yer almışdı. Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib.

BANM-in ümumi göstəricisi 70.7 bal olub və 1603 ali təhsil müəssisəsi arasında qiymətləndirilib.

Ali məktəb aşağıdakı 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə yüksək nəticələr əldə edib:

- DİM 10 – Bərabərsizliyin azaldılması – dünya üzrə 80-ci yer;

- DİM 12 – Məsuliyyətli istehlak və istehsal - 101–200;

- DİM 8 – Layiqli əmək və iqtisadi artım – 101–200;

- DİM 4 – Keyfiyyətli təhsil – 101–200;

- DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq – 61.6 bal.

“THE Impact Rankings” universitetlərin təhsil, tədqiqat, idarəetmə və ictimai fəaliyyətlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir.

Bu uğur BANM-in dayanıqlı inkişaf, inklüziv təhsil, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.