Bakıda əməkdaşlıq məsələlərini müzakirə etdilər - Foto

bakida-emekdasliq-meselelerini-muzakire-etdiler
Oxunma sayı: 982

Ukrayna və Türkiyənin Azərbaycandakı səfirləri Yuri Husyevlə Birol Akgün arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ukraynalı səfir feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, həmkarı ilə Ukraynanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlıq perspektivlərini, eləcə də davamlı sülhə nail olmaq yolunda Ukraynaya göstərilən dəstəyi müzakirə edib. 

Bildirilib ki, tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin koordinasiya edilməsi barədə razılığa gəliblər.