Xəzər dənizində zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib.
***
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Yerli vaxtla 11:35-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub.
Son xəbərlər
Son Xəbərlər