Azərbaycan Universiteti ilə İETİ arasında Memorandum imzalandı - Fotolar

azerbaycan-universiteti-ile-ieti-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 1411

Azərbaycan Universiteti ilə İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu (İETİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri, iqtisad elmləri doktoru Şahin Sadıqov imzalayıblar.

İmza mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbərliyi və nümayəndələri iştirak ediblər.

Görüş zamanı Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, prioritetləri və stratejik hədəfləri, beynəlmiləlləşmə istiqamətində görülən işlər haqqında məlumat verib, yerli və beynəlxalq əməkdaşlıqların kadr hazırlığında mühüm rolunu vurğulayıb. Elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov universitetin elmi fəaliyyəti, beynəlxalq reytinqlərdəki mövqeyi, elmmetrik bazalardaki göstəriciləri haqqında məlumat verib.

Şahin Sadıqov isə universitet ilə əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan Universiteti ilə İETİ arasında imzalanan Memoranduma görə tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların inkişaf etdirilməsi, elmi və akademik sahələrdə də təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə simpozium, seminar və konfransların təşkil edilməsi, birgə elmi nəşrlərin və analitik hesabatların hazırlanması, beynəlxalq və regional qrant və layihələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması, gənc tədqiqatçıların və doktorantların elmi fəaliyyətinin dəstəklənməsi, həmçinin elm və təhsil sahəsində qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.