“Avant Group” “Avant Construction” ilə birləşdirildi

avant-group-avant-construction-ile-birlesdirildi
Oxunma sayı: 915

“Avant” şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşma və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə tikinti şirkəti olmayan “Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi ilə bağlı hüquqi prosedurlar başlanıb.

“Avant Group” MMC-nin sturukturu şirkətlər qrupuna daxil olan “Avant Construction” MMC ilə birləşdirilib.

Qeyd edək ki, bu qərar fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil və qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.

Həmçinin “Avant Construction” MMC, “Avant Luxe” MTK, “Avant Group” MTK, “Avant Green” MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır.

Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.

Avant şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.