Anar İsrafilov da TƏBİB-dən getdi

anar-israfilov-da-tebib-den-getdi
Oxunma sayı: 2237

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB)​ növbəti mühüm kadr dəyişikliyi baş verib.

“Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb.

Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilmişdi.