Ağstafada Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirildi

agstafada-narkomaniya-ve-narkobiznese-qarsi-beynelxalq-mubarize-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 239

Ağstafada 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunub.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Seymur Orucov vurğulayıb ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Məhz ictimayiətin diqqətini bu bəla ilə mübarizə aparmaq məqsədilə BMT iyunun 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Öz növbəsində ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazası yaradılıb, eyni zamanda, bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması dövlətimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamətdə dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi zəruri təxirəsalınmaz tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verir.

Daha sonra çıxış edənlər, Ağstafa rayon prokuroru Anar Cəfərov, rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in həkim-nevroloqu Vüqar Alıyev, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov narkotiklərin insan orqanizminə məhvedici təsirindən, doğurduğu faciələrdən, eləcə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən söz açıblar.

Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvü fəal olmalıdır.