Ağdərədə maşın aşdı - Ər-arvad öldü

agderede-masin-asdi
Oxunma sayı: 17

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb.

Faktla bağlı araşdırma aparılır.