Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

agdamda-daha-bir-qrup-sakin-ucun-pese-hazirligi-kursu-baslayib
Oxunma sayı: 116

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursuna başlayıb.

“Qafqazinfo” xəbər verir ki, tikişçi peşəsi üzrə biliklərin və müasir istehsalat proseslərinə uyğun bacarıqların öyrədildiyi kursu bitirdikdən sonra müdavimlər Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də işlə təmin olunacaqlar.