“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt arasındakı görüş məhsuldar keçib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
“Bu görüşdə vitse-prezident və dövlət katibi iştirak etdi. Yaxşı görüş oldu və məhsuldar keçdi”, - o deyib.
Mətbuat katibi vurğulayıb ki, Prezident Donald Trampın məqsədi ABŞ-nin milli təhlükəsizliyini gücləndirmək üçün Qrenlandiyanı əldə etməkdir.
Son xəbərlər
Son Xəbərlər