ABŞ Venesuelaya məxsus daha bir tankeri ələ keçirdi

abs-venesuelaya-mexsus-daha-bir-tankeri-ele-kecirdi
Oxunma sayı: 857

ABŞ Venesuelaya məxsus növbəti neft tankerini ələ keçirib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. 

“Bu gün Amerika Birləşmiş Ştatları Venesuelanın müvəqqəti hakimiyyəti ilə koordinasiyalı şəkildə bizim razılığımız olmadan Venesuelanı tərk edən neft tankerini ələ keçirdi.

Tanker artıq Venesuelaya qayıdır və neft bu cür satışlar üçün yaradılmış Böyük Enerji Sazişi vasitəsilə satılacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, - Ağ Ev rəhbəri vurğulayıb.